Moskva Putinlə Baydenin görüşünə hazırlaşır - XİN

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ rəhbəri Cozef Baydenin danışıqlarına hazırlıq görülür. ONN media xəbər verir ki, bu barədə TASS Rusiya Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb. "Artıq (hazırlığa-red) başlanılıb", - deyə nazirlikdən agentliyə bildirilib. Qeyd edək ki, artıq bir neçə gündür, ABŞ-Rusiya münasibətlərində gərginlik daha da artıb. Birləşmiş Ştatların prezidenti Rusiyanı ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxilədə, habelə digər məsələlərdə ittiham edib. Bununla yanaşı, Ağ Evin mətbuat katibi bu gün Rusiyaya qarşı mıəhdudlaşdırıcı tədbirlərin görüləcəyi anonsunu verib. Rusiya isə ABŞ-dakı səfirini məsləhətləşmək üçün Moksvaya çağırıb. Daha əvvəl Putin Baydenlə birbaşa danışıqlara hazır olduğunu bildirib.