SON DƏQİQƏ: Erməni general öldü - FOTO
Erməni general Arkadi Ter-Tadevosyan (Komandos) ölüb. ONN media xəbər verir ki, bu məlumatı erməni mediası yayıb. O, 82 yaşında xəstəxanada keçinib. Qeyd edək ki, Ter-Tadevosyan 1992-ci ildə Şuşanın işğalına səbəb olan “Dağlarda toy” əməliyyatını həyata keçirməsindən sonra məşhurlaşmışdı.
