Rusiya Xəzərdəki hərbi gəmilərini Qara dənizə göndərdi - ŞOK

Rusiya Xəzərdəki hərbi gəmilərini Qara dənizə göndərdi - ŞOK

Rusiyanın Xəzər donanmasının desant və artilleriya katerləri Qara dənizə keçib. ONN media  xəbər verir ki, bu məlumatı Rusiyanın Cənub Hərbi Dairəsi yayıb. “Qış tədris dövründə nəzarət yoxlamasının verilməsi çərçivəsində Cənub Hərbi Dairəsinin 10-dan çox desant və artilleriya kateri və gəmisi Xəzər dənizindən Qara dənizə donanmalararası keçid gerçəkləşdirir”, – deyə məlumatda bildirilib. Qara dənizdə Xəzər donanmasının ekipajları Qara dəniz donanmasının qüvvələri ilə birgə dəniz təlimində iştirak edəcəklər.

Geri qayıt