İrana ŞOK: daha bir mühüm generalı QƏFİL ÖLDÜ

İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Məhəmməd Əli Haqq ölüb. ONN media xəbər verir ki, bu məlumat müxtəlif İran KİV-lərində və sosial şəbəkələrin İran seqmentində yerləşdirilib. Onun koronovirusdan öldüyü bildirilib. Rəsmi mənbələr məlumatı hələlik təsdiqləməyib. Qeyd edək ki, Əli Haqq Suriya və İraqda SEPAH-ın məxfi əməliyyatlarının aparılmasında iştirak edən əsas şəxslərdən biri sayılırdı. Bundan 4 gün öncə SEPAH-ın Qüds briqadasının komandanının müavini general Məhəmməd Hicazi ürək tutmasından vəfat etmişdi.