ABŞ vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ: Ermənistana getməyin!

ABŞ Dövlət Departamenti öz vətəndaşlarını Ermənistana səfər etməməyə çağırıb. Bu barədə Departamentin bəyanatında deyilir. Qeyd olunur ki, bu çağırış Ermənistanda COVID-19 pandemiyası ilə bağlı davam edən vəziyyətlə əlaqədar edilib. Ermənistanda bugünədək 221 368 nəfər koronavirusa yoluxub, 5 242 nəfər ölüb.