Füzulidə daha 4 erməni əsgərinin meyiti tapıldı

Füzulidə daha 4 erməni əsgərinin meyiti tapıldı

Bu gün Füzuli rayonunda aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində məhv edilmiş, əvvəllər itkin düşmüş sayılan daha 4 əsgərinin meyiti aşkarlanıb. Bu barədə "Sputnik Armeniya"ya məlumat yayıb. Meyitlərinin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizası təyin olunacaq. Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi meyitləri Qarabağda aşkarlanmış, əvvəllər itkin düşmüş əsgərlərin sayını daha açıqlamır. Halbuki ki, əvvəllər bu say mütəmadi olaraq ictimaiyyətə açıqlanırdı.

Geri qayıt