SON DƏQİQƏ: 6,1 bal gücündə zəlzələ baş verdi

ABŞ-ın Alyaska əyalətində 6,1 bal gücündə zəlzələ baş verib. ONN media xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri Çikalundan 76 kilometr şimalda, ocağı isə 58 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib