Xalq artisti dünyasını dəyişdi

Azərbaycan Respublikasının xalq artisti, əməkdar incəsənət xadimi, şöhrət və şərəf ordenli Xəyyam Mirzəzadə uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.
ONN media xəbər verir ki, Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışır. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.
Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib.