Könül Xasiyevaya AĞIR İTKİ

Xalq artisti Könül Xasıyevanın atası rəhmətə gedib. ONN media xəbər verir ki, bu haqda muğam ifaçısı Axşam.az-a açıqlamasında deyib. Xasıyeva bildirib ki, atası uzun müddətdir xəstə imiş: "Neçə vaxtdır narahat idi. Yerdə yatırdı. Dil iflici keçirmişdi". Qeyd edək ki, Xasıyevanın atası Kazım bəy Şəkidə vəfat edib və orada dəfn olunacaq.