Hava ilə əlaqədar olaraq Bakı Limanında iş dayandırıldı

Hava ilə əlaqədar olaraq Bakı Limanında iş dayandırıldı

ONN media xəbər verir ki, hava şəraiti ilə əlaqədar yeni Bakı Limanında yükqaldırma əməliyyatları müvəqqəti dayandırılıb. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın kəskin dəyişməsi ilə bağlı Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında hazırda saniyədə 22-25 metr, Bakı şəhərində yerləşən Əsas yük terminalında isə saniyədə 17 metr sürətlə şimal-şərq küləyi əsir. Günün ikinci yarısında küləyin sürətinin saniyədə 30-35 metr olacağı gözlənilir. Əmək təhlükəsizliyi qaydalarına əsasən, Ələt qəsəbəsindəki yeni Bakı Limanında və Bakıdakı Əsas yük terminalında yükqaldırma əməliyyatları müvəqqəti dayandırılıb.

Geri qayıt