ONN İnformasiya Agentliyi

Qəndab Quliyeva

Qəndab Quliyeva
10 Avqust 2018 - 10:03

Unutmayaq, unutdurmayaq!

10 avqust (1949-2017) xanəndə, aktrisa, Azərbaycan Respublikasının xalq artisti Qəndab Quliyevanın doğulduğu gündür.

Qəndab Quliyeva 10 avqust 1949-cu ildə Füzuli rayonunun Dilaqarda kəndində kolxozçu ailəsində anadan olmuşdu. Orta təhsilini Füzuli rayonunda almış, 1976-1980-cı illərdə isə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda oxumuş, görkəmli muğam ustadı Vahid Abdullayevin tələbəsi olmuşdu.
1982-ci ildə  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının stajor qrupuna qəbul edilmiş, 1985-ci ildə isə solist vəzifəsinə keçirilmişdi. Q.Quliyeva 2005-ci ilə kimi Teatrda çalışmış, Teatrın aparıcı solisti olmuşdu. Teatrın muğam bölməsinin tamaşalarında – “Leyli və Məcnun”da Leyli, “Əsli və Kərəm”də Əsli, “Aşıq Qərib”də Şahsənəm, “Şah İsmayıl”da Ərəbzəngi, “Gəlin qayası”nda Gülbahar, “Vaqif”də Xanəndə qız rollarında çıxış etmişdi.
Qəndab Quliyeva eyni zamanda muğam və xalq mahnılarının mahir ifaçısı olmuşdu. Bir çox muğam dəstgahlarını ustalıqla ifa etmişdi.
1992-ci ildə Qəndab Quliyevaya Azərbaycan Respublikasının xalq artisti fəxri adı verilmişdir.
Müğənni Azərbaycan muğam sənətini İran, İraq, Türkiyə,  Mərakeş, Tunis, Əfqanıstan, Yaponiya, Vyetnam, Kanada, Almaniya, Fransa, Avsriya, Finlandiya, Norveç, İsveç, Bolqarıstan, Rusiya və s. ölkələrdə uğurla təmsil etmişdi.
2005-2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam sənəti kafedrasının müəllimi olmuşdu.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png