ONN İnformasiya Agentliyi

“Qarabağın səsi” ingilis dilində yayımlandı – VİDEO

“Qarabağın səsi” ingilis dilində yayımlandı – VİDEO
15 Sentyabr 2020 - 16:06

İşğal olunmuş torpaqlarımıza həsr olunan “Qarabağın səsi” mahnısı ingilis dilinə təcrübə olunub.

ONN media  xəbər verir ki, Müdafiə Nazirliyinin və Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin dəstəyi ilə işğal olunan torpaqlarımızla bağlı həyata keçirilən “Qarabağın səsi” layihəsinin ideya müəllifi nəğməkar şair Cəlal Qurbanov, layihənin rəhbəri isə jurnalist Mintac Elsevərdir. Layihənin koordinatori Mehrab Dadaşovdur.

Mahnının sözləri Cəlal Qurbanova, ingilis dilinə tərcümə Nigar Həsənzadəyə, oranjemanı isə əməkdar artist Əliağa Sədiyevə məxsusdur.

Ekran işini digərlərindən fərqləndirən cəhət onun Çahargah muğamının Mayeyi Çahargah, Bəstənigar, Müxalif, Mənsuriyyə, Üzzal şöbələrində ifa olunması, mahnıda səslənən silah səslərinin isə əslində zərb alətlərində ifa olunmasıdır.

Klipdə xalq artisti Nurəddin Mehdixanlı ilə yanaşı, muğam müsabiqəsinin qalibləri və iştirakçıları yer alıblar. İştirakçıların üslubu üzərində Elnur Həsənov və Gülya Vəkilova çalışıb. Ekran işinin rejissorluğu isə Cəlal Kəngərliyə həvalə olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png