“Qızıl qlobus”un qalibi kim oldu?

Ötən gün Los-Ancelesdə “Qızıl qlobus”un mükafatlandırma mərasimi keçirilib.

ONN media xəbər verir ki, ən yaxşı dram nominasiyası üzrə “Qızıl qlobus” mükafatını amerikalı kinorejissor Stiven Spilberqin “Fabelmans” filmi qazanıb.

Qeyd edək ki, əsas kateqoriya mükafatına namizədlər arasında Ceyms Kemeronun “Avatar: Su yolu”, Baz Luhrmanın “Elvis”, Todd Fildin “Tar” və Cozef Kosinskinin “Top Gun: Maverick” filmləri olub.