ONN İnformasiya Agentliyi

Ramiz Novruz vəfat etdi

Ramiz Novruz vəfat etdi
21 Fevral 2023 - 8:00

Azərbaycanın xalq artisti Ramiz Novruz 68 yaşında uzun sürən mədə xərçəngi xəstəliyindən vəfat edib.

ONN media xəbər verir ki, bu barədə “Asan Radio” məlumat yayıb.

Qeyd edək ki, Ramiz Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonuunun Səmədabad qəsəbəsində doğulub.

Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülüb.

Xalq artisti bir neçə dəfə Prezident Mükafatına, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png