ONN İnformasiya Agentliyi

Rasim Balayevin səhhəti pisləşdi

Rasim Balayevin səhhəti pisləşdi
25 Sentyabr 2019 - 14:30

Xalq artisti Rasim Balayevin səhhəti pisləşib.

ONN media xəbər verir ki, bu barədə sənətçinin özü  məlumat verib.

“Rasim bəy, özünüzü necə hiss edirsiniz” sualına aktyor belə cavab verib:

“Belə də, qocafəndi, yaş öz sözünü deyir. Yeriyə bilmirəm, ayaqlarım tutulub, bel və ayaq ağrıları məni incidir. Ayağımda şiş var, su yığılıb”.

Rasim Balayev bildirib ki, Gömrük Hospitalında fizioterapiya müalicəsinə başlayıb.

Məlumat üçün bildirək ki, Xalq artisti keçən il bel yırtığı diaqnozu ilə müalicə üçün Türkiyəyə getmişdi.

Xatırladaq ki, aktyor verdiyi müsahibələrinin birində “Babək” filminin çəkilişləri zamanı bir neçə dəfə atdan yıxıldığını və fəsadlarının indi üzə çıxdığını demişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png