ONN İnformasiya Agentliyi

Reanimasiyada olan Xalq artistinin SON DURUMU – AÇIQLAMA

Reanimasiyada olan Xalq artistinin SON DURUMU – AÇIQLAMA
03 Fevral 2021 - 12:54

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) müalicəsi Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir.

ONN media  xəbər verir ki, sənətçinin səhhəti barədə danışan həyat yoldaşı Güllü Hüseynova bildirib ki, səhhəti normaldır:

“Həkimlər əllərindən gələni edirlər, müalicələr davam edir, hələ reanimasiyadadır. Orqanizmin müalicəyə necə reaksiya verəcəyini gözləyirik”.

G.Hüseynova həyat yoldaşının müalicəsini diqqətdə saxladıqlarına görə bir daha ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Məlumat üçün bildirək ki, bir müddətdir səhhətində ciddi problemlər yaranan Xalq artisti yanvarın 28-də xəstəxanaya yerləşdirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə Rəmişin səhhəti nəzarətə götürülüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png