ONN İnformasiya Agentliyi

Rizvan İsmayılın fərdi sərgisi keçiriləcək

Rizvan İsmayılın fərdi sərgisi keçiriləcək
21 İyun 2019 - 22:22

25 iyun 2019-cu il tarixində “Qalereya 1969”da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Gürcüstanda yaşayan azərbaycanlı rəssam Rizvan İsmayılın fərdi sərgisi təşkil ediləcək.

ONN media xəbər verir ki, bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Rizvan İsmayıl 1969-cu ildə Gürcüstanın Bolnisi rayonu, Zveli-Kveşi kəndində anadan olmuşdur. O, 1986-1990-cı illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır. Rəssam 2007-ci ildən Tbilisi, İstanbul, Brüssel, Lüksemburq, Bakı, Paris (Karusel dyu luvr) və Moskvada fərdi və qrup sərgilərində iştirak etmişdir. Onun əsərləri fərdi kolleksiyaları və qalereyaları bəzəyir. Rizvan İsmail 2015-ci ildə Gürcüstan Rəssamlar Federasiyasının üzvü, 2016-cı ildə Azərbaycan Reklamçılar İttifaqının üzvü, bu ittifaqın Gürcüstan bürosunun rəhbəri olmuş, 2017-ci ildə Gürcüstan Rəssamlar İttifaqına üzv seçilmişdir. Rəssam 2016-cı ildə Türk dünyasının “Xalqlar Dostluğu” ordeni ilə təltif edilib.

O, rəssamlıq, heykəltəraşlıq və memarlıqda tətbiq olunan yeni “Numerologizm” (Əbcədizm) üslubunun yaradıcılarındandır.

Numerologiya-rəqəmlərin bir-birilə qarşılıqlı münasibəti və əks-təsiri olan fiziki obyektlər, proseslər, insan həyat və şüurunun sirli əlaqələrinin mövcudluğu ilə bağlı ezoterik (gizli) inanc sistemidir.

Rizvan İsmayıl “İdeal cəmiyyət”, “Özünəqayıdış”, “Müqəddəs”, “Rəqəmsal”, “Üç kitab”, “Sirli mağara”, “Yaşam tərzi”, “Dua anında”, “Fərqli düşüncə”, “Mehriban ailə”, “Həyatın rəngi”, Yüksəliş”, “Yeni doğuluş”, “İnsan”, “Müqəddəs 40” və s. əsərlərin müəllifidir.
Sərginin açılışı 25 iyun saat 18:30-da “Qalereya 1969” da (ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 69 E) baş tutacaq.
Sərgiyə giriş sərbəstdir. Media nümayəndələri dəvətlidirir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png