Səfirlik tanınmış sənətçinin vəfatı ilə bağlı başsağlığı verdi

Azərbaycanın ABŞ-dakı səfirliyi tanınmış müğənni, aktrisa Firəngiz Rəhimbəylinin ABŞ-da vəfatı ilə bağlı başsağlığı verib.

ONN media xəbər verir ki, bu barədə səfirliyin Tvitter səhifəsində qeyd edilib.

“Azərbaycanın tanınmış müğənnisi, aktrisa Firəngiz Rəhimbəyli Los-Anceles şəhərində vəfat etmişdir. Ağır itki ilə əlaqədar mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik. Ruhu şad olsun!”, – başsağlığıda qeyd olunur.

Qeyd edək ki, F.Rəhimbəyli avqustun 16-da vəfat edib. Aktrisa ABŞ-da 62 yaşında infarktdan dünyasını dəyişib.