ONN İnformasiya Agentliyi

Səhhəti ağırlaşan Xalq artisindən YENİ XƏBƏR

Səhhəti ağırlaşan Xalq artisindən YENİ XƏBƏR
11 Sentyabr 2020 - 15:57

Prezidentin köməkçisi Anar Ələkbərov dünən mənə zəng etdi. Səhhətimlə maraqlandı. Bildirdi ki, Heydər Əliyev Fondu müalicəm üçün hər şeyi edəcək.

ONN media xəbər verir ki, bunu  açıqlamasında xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov səhhəti ilə bağlı danışarkən deyib. O bildirib ki, müalicəsinin xaricdə davam etdirilməsi üçün başqa ölkəyə göndərilməsi pandemiya dövründə sağlamlığının qorunması baxımından məqsədəuyğun deyil.

Şeyx Əbdül bildirib ki, Heydər Əliyev Fondunun tapşırığı ilə hazırda yüksək ixtisaslı həkimlər onun sağlamlığının keşiyində dururlar: “Heydər Əliyev Fondunun nümayəndələri mənimlə mütəmadi maraqlanır. Dərmanlarla təmin olunuram. Anar müəllim dedi ki, siz müalicənizi hansı şəraitdə və necə istəyirsiniz davam etdirə bilərsiniz. Hazırda müalicəm davam edir”. Xalq artisti səhhətindəki xərçəng riskindən də danışıb: “Dörd ay həkim və xəstəxana axtardım. Düzgün diaqnoz qoya bilmirdilər. Dünən müayinədən keçdim. Elə bildilər ki, xərçəng xəstəliyim var. Analizlərin cavabı çıxdı. Çox şükür, hər şey qaydasındadır. Mədəmdə və bronxlarımdadır əsas problem. axar.az saytına isə xüsusi təşəkkür edirəm, sizin sayənizdə mənim xəstəliyim ictimailəşdi. Sizin mənim durumumu işıqlandırmağınızdan sonra ən yüksək səviyyədə mənə diqqət göstərilməyə başladı, redaksiyanıza təşəkkür edirəm”.(kult.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png