ONN İnformasiya Agentliyi

Sabah teatr tariximizdə İLK OLACAQ

Sabah teatr tariximizdə İLK OLACAQ
17 Sentyabr 2020 - 11:24

Sentyabrın 18-də Şamaxıda yerləşən XIV əsrə aid Kələxana türbələrində Mingəçevir Dövlət Dram Teatrının səhnələşdirdiyi “Sara” adlı yeni tamaşanın premyerası baş tutacaq.

ONN media  xəbər verir ki, açıq havada təşkil olunan tamaşa “Apardı sellər Saranı” xalq dastanının motivləri əsasında  hazırlanıb. Tamaşada Xalq artisti Ella Yaqubova, Əməkdar artist Şıxı Yaqubov, “Tərəqqi” medalı ilə mükafatlandırılan Aydın Quliyev və başqaları yer alıb.

Tamaşa Azərbaycanda ilk dəfə olaraq canlı dekorasiyadan istifadə edilərək nümayiş olunacaq.

Tamaşa hazırlanan zaman Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimiylə bağlı bütün şərtləri və tələbləri nəzərə alınıb, qaydalara əməl olunub.

Qeyd edək ki, layihə rəhbəri Səxavət Məmmədov, tamaşanı səhnələşdirən Bəhram Osmanov, quruluşçu rejissor Cavid Təvəkküldür.(qafqazinfo.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png