Şamaxıda alban məbədi dağılır

Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yerləşən alban məbədi artıq dağılmaq üzrədir.

ONN media xəbər verir ki, bu barədə AMEA-nın əməkdaşı Anar Abtalıbov öz Feysbuk hesabında məlumat verib.

Alim Prezident Administrasiyasına, Mədəniyyət Nazirliyinə, Heydər Əliyev Fonduna, Şamaxı Rayon İcra Hakimiyyətinə və İTV-yə müraciət edib:

“Restavrasiyaya ehtiyacı olan tarixi abidəmizin məhv olmasına icazə verməyək”.