ONN İnformasiya Agentliyi

Tağıyevin heykəli nə vaxt ucaldılacaq? – RƏSMİ AÇIQLAMA

Tağıyevin heykəli nə vaxt ucaldılacaq? – RƏSMİ AÇIQLAMA
10 May 2020 - 11:17

Hazırda Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması ilə bağlı işlər davam etdirilir.

ONN media  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov deyib.

“Hazırda heykəlin hazırlanması işləri görülür. Heykəltəraşlar işləyir, Heydər Əliyev Fondu tərəfindən məsələyə nəzarət olunur. Heykəlin ucaldılması asan başa gələn proses deyil. Yaxın vaxtlarda bu məsələ reallaşdırılacaq”, – deyə BŞİH başçısı bildirib.

Qeyd edək ki, Azərbaycanın böyük xeyriyyəçisi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı təxirə salınıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png