ONN İnformasiya Agentliyi

Tahir Məmməd oğlu Əliyev dünyasını dəyişdi

Tahir Məmməd oğlu Əliyev dünyasını dəyişdi
20 Aprel 2020 - 18:04

Bu barədə ONN media -ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Əliyev Tahir Məmməd oğlu 2 iyun 1947-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. Orta məktəbi Ağdaş şəhərində bitirdikdən sonra 1963-68-ci illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunun Xalq çalğı Alətləri şöbəsində tar ixtisası üzrə təhsil almışdır. Sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda iqtisadçı ixtisası üzrə ali təhsil almışdır. 1972-73-cü illərdə hərbi xidmətdə olmuşdur.

Əmək fəaliyyətinə tələbəlik dövründə başlayan Tahir Əliyev əvvəlcə N.Krupskaya adına Kitabxanaçılıq Texnikumunda tar müəllimi, 1974-1987-ci illərdə Qəbələ rayon Uşaq musiqi məktəbinin direktoru vəzifəsində çalışmışdır.

1987-ci ildə Ağdaş rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş, 2003-cü ilədək bu vəzifədə çalışmışdır. 2003-cü ildən Ağdaş rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin vəzifəsində işləmiş, 2004-cü ildə öz ərizəsi ilə tutduğu vəzifədən azad olunaraq yenidən Ağdaş rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Tahir Əliyev 2017-ci ildə Mədəniyyət Nazirliyinin regional idarələri yaradıldıqdan sonra Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş və 9 yanvar 2019-cu il tarixinədək həmin vəzifədə çalışmışdır.

2009-cu ildə Tahir Əliyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi qocaman mədəniyyət işçisi Tahir Məmməd oğlu Əliyevin vəfatı ilə bağlı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png