Teatr sevənlərə şad xəbər

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsümünü açıq elan edib.

ONN media bildirir ki, Prezident İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaranmasının 90-cı ildönümünün qeyd edilməsi ilə bağlı bu il iyulun 9-da imzaladığı Sərəncamın icrası ilə əlaqədar olaraq teatrda yubiley tədbirinin hazırlıqlarına başlanılıb. Tədbirinin rejissoru Xalq Artisti Vaqif Əsədovdur.

Yeni mövsümdə ilk tamaşalar sentyabrın 22-də nümayiş olunacaq. Həmin gün saat 14:00-da uşaqlar üçün P.Cullifordun "Şirinlər", 19:00-da isə böyüklər üçün Məhəmməd Füzulinin "Leyli və Məcnun" tamaşaları təqdim ediləcək.

Hazırda kollektiv M.Servantesin "Don Kixot" əsərinin məşqlərini davam etdirir, həmçinin Əməkdar Artist, rejissor Nicat Kazımov "Bremen musiqiçiləri" tamaşasını hazırlayır.