ONN İnformasiya Agentliyi

Ukraynanın birinci kanalında Azərbaycanın milli mətbəxi haqqında danışılıb

Ukraynanın birinci kanalında Azərbaycanın milli mətbəxi haqqında danışılıb
26 Dekabr 2017 - 14:25

ONN media xəbər verir ki, Ukraynanın birinci milli kanalında (“UA: Perşiy”) Azərbaycan mətbəxinin zənginliyindən danışılıb. Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev kanalın səhər verilişində canlı yayımda ölkəmizin milli yeməkləri olan dolma, plov, qutab, paxlava barədə məlumat verib. Səfir qeyd edib ki, dolma Azərbaycana məxsus kulinariya növü kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Ölkəmizdə dolmanın yüzlərlə növü mövcuddur.

Sovet dövründə Azərbaycanın səkkiz regionunda bayramların müxtəlif cür keçirildiyini qeyd edən səfir deyib: “Ancaq çox təəssüf ki, Azərbaycanın bir regionu, Dağlıq Qarabağ və ətraf yeddi rayonu Ermənistan tərəfindən işğal edilib. Dağlıq Qarabağ regionunda bayramlar özünəməxsusluğu ilə seçilib”.

A.Xudiyev Azərbaycanın milli bayramı olan Novruz bayramının tarixi haqqında danışaraq, ölkəmizin çox zəngin milli mətbəxi olduğunu qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png