ONN İnformasiya Agentliyi

Ulu öndərin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş sərgi açılacaq

Ulu öndərin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş sərgi açılacaq
07 May 2020 - 21:46

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn sərgi keçiriləcək.

ONN media xəbər verir ki, sərgidə Heydər Əliyevin Azərbaycan xalqının taleyində, ölkənin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsində əvəzsiz xidmətlərindən bəhs edən, eyni zamanda, dahi şəxsiyyətin fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatındakı hadisələri əks etdirən, ümummilli liderin incəsənət xadimləri ilə birgə fotoları, Heydər Əliyevin rəssamlar tərəfindən müxtəlif texnika və üslubda işlənmiş əsərlər sərgilənəcək.

Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edir. Virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png