ONN İnformasiya Agentliyi

Vətən eşqi ilə yaşayan Sərvət Gürcan – KİTAB TƏQDİMATI

Vətən eşqi ilə yaşayan Sərvət Gürcan – KİTAB TƏQDİMATI
12 Yanvar 2018 - 18:16

ONN media xəbər verir ki, əslən Azərbaycanın qərbindən İrəvandan olan, İqdırdı doğulan, tanınmış türk şairi, türkçü, içtimai siyasi xadim Sərvət Gürcanın AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi” Ulu Çinar”  jurnalı tərəfindən nəşr olunan “Sən eşqsən” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.

 Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda keçirilən tədbirdə çıxış edən millət vəkili, akademik Nizami Cəfərov Azərbaycan mədəniyyətinin Türkiyədə təbliğində xüsusi rolu olan Sərvət Gürcanın yaradıcılığından bəhs edib, tədbirə qatılmaq üçün Bakıya gələn tanınmış Türkiyə siyasətçisi, 1983-2003-cü illərdə üç hökumətdə nazir işləmiş İlhan Aküzümü salamlayıb, onun Azərbaycan kökənli bir siyasət nəhəngi olduğunu bildirib.

Sərvət Gürcanla uzun illərin arkadaşı olduğunu söyləyən İlhan Aküzüm  “Azərbaycan Prezidenti İlham Əliyevin ona təqdim etdiyi “Dostluq” ordenini yüksək qiymətləndirib: “Bu orden övladlarım üçün qoyacağım ən böyük

mirasdır”.

Tədbirdə iştirak edən “Ulu Cinar” jurnalının baş redaktoru Elxan Zal, millət vəkili Fərəc Quliyev,  dramaturq dr. Firuz Mustafa, yazıçı-dramaturq Elçin Hüseynbəyli, türkoloq dr. Minəxanım Təkləli, dr. Asif Rüstəmli və başqaları öz ürək sözlərini dedilər və Türkiyə ədəbiyyatının Azərbaycanda təbliğinin davamlı olacağına inandıqlarını dilə gətiriblər.

Sonda Sərvət Gürcan kitabının nəşr edənlərə və tədbiri düzənləyənələrə öz minnətdarlığını bildirib.

         

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png