ONN İnformasiya Agentliyi

Valideynlərin DİQQƏTİNƏ

Valideynlərin DİQQƏTİNƏ
29 Mart 2018 - 13:49

ONN media xəbər verir ki, martın 30-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Şəngülüm, Şüngülüm, Məngülüm” tamaşasının premyerası olacaq. 

Teatrın mətbuat xidmətindən  verilən məlumata görə, Mikayıl Müşfiqin məşhur mənzum nağılı bu dəfə müəyyən ixtisarlarla mono-tamaşa olaraq izləyicilərin görüşünə gələcək. Teatrın quruluşçu rejissoru Anar Məmmədovun hazırladığı tamaşada Musiqili Teatrın aktrisası Ülviyyə Əliyeva rol alır. Müəllif materialındakı Şüngülüm obrazının ixtisarı ilə yeni səhnə həyatı yaşayacaq tamaşada aktrisa canlı planda Nağılçı ilə yanaşı, beş kuklanın (Şəngülüm, Məngülüm, Ana keçi, Canavar və Dəmirçi) obrazında tamaşaçı qarşısına çıxacaq. Tamaşanın quruluşçu rəssamı İqbal Əliyev bu səhnə işində bir neçə kukla texnikasının sintezini yaradıb. 

Kukla tamaşasının bəstəkarı əməkdar artist Elza Seyidcahandır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png