Varşavada “Əli və Nino” filmi nümayiş olundu

Azərbaycan Respublikasının Diplomatik Xidmətinin 100 illiyi ilə əlaqədar bu il ərzində ölkəmizin Polşadakı səfirliyi tərəfindən Varşavada Azərbaycan kinosu festivalı keçirilir.

ONN media Azərtac-a istinadən xəbər verir ki, kino festivalı zamanı “Əli və Nino”, “Cavad Xan”, “Polkovnik”, “Əbədi Ezamiyyət” və “Son iclas” ekran əsərləri nümayiş olunur.

Azərbaycan kinosu festivalı çərçivəsində ilk olaraq Qurban Səidin qələmə aldığı eyniadlı əsər əsasında ərsəyə gəlmiş “Əli və Nino” bədii filmi Varşavanın Mədəniyyətin Təbliği Mərkəzində təqdim edilib.

Ekran əsəri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.