ONN İnformasiya Agentliyi

Xalq artisti Fuad Poladov vəfat etdi

Xalq artisti Fuad Poladov vəfat etdi
05 May 2018 - 11:02

Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı Fuad Poladov vəfat edib.

ONN media Report-a istinadən xəbər verir ki, bu barədə onun ailəsindən məlumat verilib. Xalq artisti uzun sürən xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib. Mərhumla vida məraisimi bu gün evində, Babək prospekti 10 ünvanında keçiriləcək.

Fuad Poladov Yasamal rayonundakı "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png