Xalq artisti iynədən şoka düşdü

Xalq artisti Naibə Allahverdiyevanın səhhəti pisləşib. 
 
ONN media xəbər verir ki, aktrisa bu haqda özü video yayıb. O bildirib ki, vurdurduğu iynədən şoka düşüb:
“Əsəblərimlə və qan təzyiqimlə əlaqədar xəstəxanaya getdim. Həkim sistem yazdı, etdirdim. Evə gələndən sonra hiss etdim ki, üşütmə gəlir. Bütün bədənim şişməyə, ağrımağa başladı. Şoka düşdüm. Təcili yardımla məni xəstəxanaya çatdırdılar”.
 
Həkim aktrisaya vurulan iynənin vaxtıkeçmiş olduğunu bildirib. Azxeber.com