Xalq artisti reanimasiyaya yerləşdirildi – VƏZİYYƏTİ…

Xalq artisti Arif Babayev insult keçirərək xəstəxanaya yerləşdirilib.

ONN media  xəbər verir ki, bu haqda teleqraf.com-a xalq artistinin oğlu məlumat verib.

Onun sözlərinə görə, atasının vəziyyəti stabildir: “Hazırda Mərkəzi Klinika Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib. İnsult keçirib və üç gün öncə xəstəxanaya aparılıb. İnşallah tezliklə səhhəti yaxşı olar. Hazırda yanına ailə üzvləri belə buraxılmır”.