ONN İnformasiya Agentliyi

Xalq artistinin oğlunun vəziyyəti pisləşib – TƏCİLİ…

Xalq artistinin oğlunun vəziyyəti pisləşib – TƏCİLİ…
23 Dekabr 2019 - 21:42

Xalq artisti, mərhum aktyor Eldəniz Zeynalovun oğlu – İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Məmməd Zeynalovun səhhətində kəskin problemlər yaranıb.

ONN media aznews.az-a istinadən xəbər verir ki, aktyoru həyat yoldaşı İradə Zeynalova bildirib ki, aktyora təcili böyrək köçürülməlidir:

“Məmmədin vəziyyəti çox pisdir. Böyrəkləri son günlərini yaşayır. Əvvəl həftədə bir dəfə dializə gedirdi, indi isə 3 dəfə. Onun qanındakı kreatinin faizi hər an qalxa bilər. Allah göstərməsin, Məmməd hər an ölə bilər. Qohumlardan bizə kömək yoxdur, heç kəs böyrəyini vermək istəmir. Mən özüm onkoloji xəstəyəm. Böyrəyimi vermək istəyirəm, amma həkim icazə vermir. Deyir ki, sən böyrəyini versən, həyatın təhlükə altında qalar. 1 yaşında oğlum var, əgər mən böyrəyimi versəm, öləcəyəm, uzun illərdən sonra tapdığım övladım da anasız qalacaq, baxan olmayacaq. Heç kəs bizim ailə ilə maraqlanmır.

Vəziyyətimiz çox acınacaqlıdır. Məmməd hər an ölümünü gözləyir, onu xilas etmək lazımdır”.
Qeyd edək ki, Məmməd Zeynalov 3 il öncə insult keçirmişdi.
ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png