Xurşidbanu Natəvanın 190 illiyi Şuşada qeyd olunacaq

Sabah Şuşada Azərbaycan bədii fikrinin görkəmli siması, şair Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək.

ONN media xəbər verir ki, tədbir Prezident İlham Əliyevin martın 14-də Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı çərçivəsində həyata keçiriləcək.

Tədbirlə əlaqədar bir çox mədəniyyət nümayəndələri, yazıçı, şairlər və incəsənət xadimləri Şuşada səfərdədir.

Qeyd edək ki, Xurşidbanu Natəvan xanım Cavanşir-Usmiyeva 1832-ci il avqustun 6-da, Şuşada anadan olub. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi olub. 1897 oktyabrın 2-də dünyasını dəyişib, Ağdamın “İmarət” qəbiristanlığında dəfn olunub.