ONN İnformasiya Agentliyi

Zeynəb Xanlarova İstanbulda konsert proqramı ilə çıxış edəcək

Zeynəb Xanlarova İstanbulda konsert proqramı ilə çıxış edəcək
29 Noyabr 2017 - 18:34

ONN media AZƏRTAC-a istinadən xəbər verir ki, unudulmaz dünya şöhrətli müğənnimiz, SSRİ Xalq Artisti Zeynəb Xanlarova 2018-ci il martın 17 və 18-də Türkiyə Respublikasının İstanbul şəhərində konsert proqramı ilə çıxış edəcək. 

Qeyd edək ki, Türkiyədə Zeynəb Xanlarovanın sənətinə yüksək qiymət verilir. Ona Ankara Jurnalistlər Birliyi tərəfindən “İlin sənətçisi”, Türk Basın Birliyi tərəfindən isə “Basın və başarı” mükafatları verilib. “Dünyanın Zeynəbi” adlandırılan sənətkar dəfələrlə qardaş Türkiyədə olub, əvəzsiz ifaları və mahnıları ilə ürəklərdə silinməz izlər qoyub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png