ONN İnformasiya Agentliyi

Ən gizli və ideal blinçik resepti

Ən gizli və ideal blinçik resepti
05 Dekabr 2018 - 15:56

Bişirməyə alışdığınız blinçik xəmiri reseptini bir kənara qoyun.

Çünki ONN media daha dadlı resept təqdim edir. Bu xəmir rus kulinarlarının hər kəsdən gizlətdiyi reseptdir.

Tərkibi:

600 ml su
600 ml süd
1,5 stəkan un
1,5 stəkan kartof nişastası
4 ədəd yumurta
1 ç/q duz
3 x/q kərə yağı
3 x/q şəkər tozu
yarım ç/q vanil

Hazırlanması:

Telçırpıcı ilə yumurtaları çalın, yavaş-yavaş üzərinə şəkər tozu, duz və vanil tozu əlavə edin. Qarışdırmağa davam edərək, südüdə tökün. Un və nişastanı da kütlənin üzərinə səpin. Yağı su hamamında əridib, xəmirə tökün. Sonda isə isti su əlavə edib, qarışdırın. Xəmiri 30 dəqiqə ərzində kənara qoyub, gözlədin. Sonra isti tavaya 1 kiçik çömçə qədərində əlavə edin. Xəmiri tavanın dibinə hər tərəfli yayın. Hər iki tərəfini bişirib, üst-üstə yığın. İstədiyiniz içlik seçib, süfrəyə verin. Ertəsi gün hər kəs sizin ideal blinçiklərinizdən danışsın. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png