Üçqulaq necə hazırlanır?- Resept

Azərbaycan mətbəxi öz rəngarəngliyi ilə seçilir.

ONN media sizə əsasən Qəbələ bölgəsində bişirilən üçqulaq paxlavanın reseptini təqdim edir.

Tərkibi:

500 qr un
2 ədəd yumurta
150 qr süd
Maya, duz.

İçlik:

200 qr qoz ləpəsi
200 qr şəkər tozu
Vanil

Hazırlanma qaydası:

Xəmir yoğurulur, 0.5 saat isti yerdə saxlanılır. Sonra kündə edilib lavaş açılır və həmin lavaşlar pörtülür. 10 sm enliyində lavaşlar uzununa kəsilir. Kəsilmiş lavaşların 3/1 hissəsinə içlik qoyulur və üçbucaq formasında bükülür. Duru yağda qızardılır. Qızardıldıqdan sonra üzərinə şəkər pudrası əlavə etmək olar. Süfrəyə çayla verilir.