ONN İnformasiya Agentliyi

Ağ kələm turşusu resepti

Ağ kələm turşusu resepti
13 Oktyabr 2021 - 22:29

Tərkibi:
2 ədəd kələm
4 ədəd yerkökü
8 ədəd sarımsaq
3 ç/q istiot
3 x/q duz
6 ədəd dəfnə yarpağı
1/2 stəkan su

Hazırlanması:
Yerkökülərini təmiz yuyun və təmizləyin. Daha sonra onlara nazik-nazik uzun formada doğrayın (sürtgəcdən də keçirdə bilərsiniz). Şəkildəki kimi etməyə çalışın.
Hazır olan yerkökünü kənara qoyun. İndi isə kələmi hazır edək. Kələmi 4 hissəyə ayırın və doğrayın. (Şəkildəki kimi)
Kələmi doğradıqdan sonra duz əlavə edin. Kələmi əlinizlə yoğurmağa başlayın. Bununla da kələm öz sokunu buraxacaq və yumşaq olacaq.
İndi isə hazır olmuş ərzaqlarımızı sırayla qazana yığaq. Qeyd edək ki, sizdə 3 hissə alınmalıdır. Birinci kələmlə başlayaq. Hər hissəyə 2-3 ədəd sarımsaq, 2 ədəd dəfnə yarpağı və 1 çay qaşığı qara istiot əlavə edin.
Tez-tez kələmi qazanın dibinə sıxmağı unutmayın. İstəyə uyğun olaraq sonda yarım stəkan su əlavə edə bilərsiniz. Bu vacib deyil. Daha sonra kələmin üstünü bir qabla örtün. Diqqətin edin kələmin üstü tam örtülmüş olsun.
Qabın üzərinə isə hər hansı bir ağır əşya qoyun. Kələmi 3 gün otaq temperaturunda saxlayın. Otağın temperaturuna diqqət edin. Növbəti gün kələmin suyunu və duzunu yoxlayın. O öz şirəsini buraxmalıdır. Əgər duzu az olarsa, yenidən duz əlavə edə bilərsiniz. Hazır olan kələm turşunuzu bankalara yığıb, soyuducuya qoyun.

Nuş olsun!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png