ONN İnformasiya Agentliyi

Albalılı qurabiyə resepti – İFTARA ÖZƏL

Albalılı qurabiyə resepti – İFTARA ÖZƏL
14 May 2018 - 16:41

Çay ya da qəhvənizlə içmək üçün dadlı qurabiyə hazırlamaq istəyirsiniz?

ONN media albalılı qurabiyənin hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

½ paket marqarin

1 stəkan şəkər tozu

2 stəkan un

1 paket qabartma tozu

1 paket vanil

1 ədəd yumurta

Çəyirdəyi çıxarılmış 250 qram albalı

Hazırlanması:

Çəyirdəyi çıxarılmış albalıları şəkər tozuyla birlikdə suyu gedənə qədər ocaqda qaynadın.

Xəmiri hazırlamaq üçün: Un, marqarin, şəkər tozu, yumurta, qabartma tozu və vanili qarışdırıb xəmir yoğurun. Yoğurduğunuz xəmiri soyuducuda yarım saat saxlayın. Sobanı 160 dərəcədə temperaturda qızdırın. Daha sonra xəmirdən parçalar qoparıb ovucunuzda yuvarlayın. Xəmirin ortasına albalılı qarışıqdan bir qaşıq qoyun və boğça şəklində yuvarlayıb siniyə düzün. 15-20 dəqiqə bişirin. Soyuyanda pudra şəkəri əlavə edin.

Nuş olsun!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png