ONN İnformasiya Agentliyi

Almalı-qozlu paxlava necə hazırlanır? – RESEPT

Almalı-qozlu paxlava necə hazırlanır? – RESEPT
24 Avqust 2020 - 20:54

Tərkibi:

Xəmir:

5 st. un
2 yumurta
0,5 limon suyu
1 çimdik duz
1 armudu stəkan süd
1 armudu stəkan su

Xəmiri yaymaq üçün:
buğda nişastası

İç:

4 yaşıl (turş alma)
1 st. döyülmüş qoz ləpəsi
2 x.q. kərə yağı
1 x.q. limon suyu

Üzərinə:

125 q kərə yağı

Şərbət:
4 su st. su
4 su st. şəkər tozu
1 x.q. limon şirəsi

Hazırlanması:

İç: Almaları sürtgəcdən keçirib üzərinə limon şirəsi səpin. Kərə yağını bir tavada əridin, qozu içində qovurun, almanı əlavə edin. Qarışdıraraq 5 dəqiqə bişirin, bir kənara qoyun.

Xəmir: Unun ortasında çala açın. Xəmir üçün gərəkli ərzaqları içinə qoyub yaxşıca yoğurun. Üzərinə nəm dəsmal örtüb 30 dəqiqə saxlayın. Sonra 20 bərabər kündəyə bölün.

Nişastanın köməyi ilə içində paxlavanı bişirəcəyiniz sini boyda yayın. Sinini yaydığınız yuxaların üstünə qoyun, artığını kəsib çıxarın. Yuxaların üstündəki əlavə nişastanı fırçanın köməyi ilə təmizləyin. 10 yuxanı sininin içinə üst-üstə döşəyin. İçi üstünə yayın. Qalan 10 yuxanı da üstünə döşəyin. Sonra xırda dördbucaqlı (kvadrat) paylara bölün. 125 q yağı əridib üzərinə gəzdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada üzəri qızaranadək bişirin.

Şəkər tozu, su və limondan şərbət bişirin. Paxlava bişəndən sonra çıxarın. Soyudun. İlıq şərbəti ilıq paxlavanın üstünə gəzdirin.

Nuş olsun!(dadlı.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png