ONN İnformasiya Agentliyi

Bədəni zərərli toksinlərdən təmizləyən detoks – RESEPT

Bədəni zərərli toksinlərdən təmizləyən detoks – RESEPT
13 İyun 2018 - 19:55

Detoks – gün ərzində sadəcə detoks içkiləri ilə qidalanmaq, başqa heç bir şey yeməmək anlamına gəlmir. Detoksun məqsədi müxtəlif yollarla bədənə daxil olan və tullantı olaraq bayıra atılmalı olan zərərli toksinlərdən qurtulmaqdır. Bunun üçün gün ərzində heyvan mənşəli qidaların, işlənmiş və rafinə olunmuş, hazır, paketli qidaların olmadığı, bol tərəvəz və meyvələrdən ibarət bir menyu hazırlayın. Bunlarla yanaşı ONN media türkiyəlidietoloq Evrim Demirelin 2 detoks reseptini də sizə təqdim edir.

Almalı detoks resepti:

Ərzaqlar:

1 stəkan su
Yarım stəkan limon suyu

1-2 yarpaq cəfəri
1-2 yarpaq kələm
1 orta boy alma

1 orta boy armud
1 çay qaşığı zəncəfil
1 çay qaşığı acı bibər

İstəkdən asılı olaraq bu qarışımı dadlandırmaq üçün içinə bir az bal əlavə edə bilərsiniz. Bütün bu məhsulları blenderlə qarışdırıb, gündə 2-4 stəkan içə bilərsiniz.

Ananaslı detoks:

1 xörək qaşığı təzə rəndələnmiş zəncəfil
1 avokado
1 stəkan soyudulmuş yaşıl çay
1-2 yarpaq keşniş

1 stəkan xırda doğranmış kələm
1 dilim doğranmış ananas
1 limonun suyu 
1 doğranmış xiyar

Bütün ərzaqları blenderdən keçirib istifadə edə bilərsiniz.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png