ONN İnformasiya Agentliyi

Bəhməzli alma piroq – RESEPT

Bəhməzli alma piroq – RESEPT
17 May 2018 - 13:31

Bəzən çay içərkən nə isə fərqli və ləzzətli bir şirniyyat istəyirik. Bunun üçün ONN media sizə bəhməzli alma piroqunun reseptini verir.

Lazım olanlar:

1 stəkan bəhməz

1 stəkan süd

1 alma

1 yumurta

1 stəkan un

1 stəkan iri döyülmüş qoz

1 çay qaşığı darçın

1 paket qabartma tozu

Hazırlanması:

Yumurtanı dərin bir qabda yaxşıca çırpın. Almadan başqa bütün ərzaqları əlavə edib qarışdırın. Almanı kub şəklində doğradıqdan sonra xəmirə əlavə edib, axırıncı dəfə qarışdırın. Sonra onu əvvəlcədən yağlanmış bir keks qəlibinə tökün. 170 dərəcəlik sobada, təxminən 20-25 dəqiqə üzəri qızarana qədər bişirin. Piroqunuz hazırdır.

Nuş olsun!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png