ONN İnformasiya Agentliyi

Bananlı peçenya resepti

Bananlı peçenya resepti
07 Noyabr 2018 - 11:51

ONN media sizə dadlı bananlı peçenya reseptini təqdim edir.

Tərkib:

– 2 stəkan un

– 1 stəkan şəkər tozu

– 4 banan

– yarım ç.q. darçın

– 1 stəkan qoz

– 1 yumurta

– 100 qr kərə yağı

– 1,5 ç.q. qabartma tozu

Hazırlanması:

1. Kərə yağını şəkər tozu və yumurta ilə çalın.

2. Unu qabartma tozu ilə birlikdə ələyin. Yağlı kütləyə əlavə edin, darçın əlavə edin, qarışdırın.

3. Bananları təmizləyin, blenderdə əzin, xəmirə əlavə edin.

4. Qozu xırda doğrayın, xəmirə əlavə edin, qarışdırın.

5. Tavaya perqament kağızı sərin. Xəmiri qənnadı torbaya qoyun, tavaya dairələr formasında sıxın, hər dairənin ortasına qoz ləpəsini qoyun.  

6. Sobanı 180 C qədər qızdırın, 15 dəqiqə bişirin.

Nuş olsun!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png