ONN İnformasiya Agentliyi

Çiyələkli limonad resepti

Çiyələkli limonad resepti
24 May 2020 - 17:39

Tərkibi:

3-4 ədəd limon,
2 çay st. şəkər tozu,
1 kasa çiyələk,
1 litr su,
nanə

Hazırlanması:

Əvvəlcə limonların qabığını sürtgəcdən keçiririk. Üzərinə 1 st. şəkər tozu əlavə edib, əlimizlə ovuruq və aroması üçün gözlədirik. Çiyələkləri blenderdən keçirdirik. Üzərinə qalan şəkər tozunu əlavə edib, yenidən blenderdən keçirdirik (şəkər əriyənə kimi). Ardınca limonların suyunu sıxıb, tökürük. Son olaraq kənarda gözlətdiyimiz, şəkərli limon qabığını əlavə edib, qarışdırırıq və su tökürük. Təzə nanə yarpaqları, limon dilimləri və buz ilə birlikdə servis edirik.

Nuş olsun!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png