ONN İnformasiya Agentliyi

Dadlı omlet hazırlamağın 4 sirri

Dadlı omlet hazırlamağın 4 sirri
19 Mart 2020 - 17:52

ONN media xanımlar üçün maraqlı reseptlər təqdim edir:

Qızardılmış pendirli çörək

Ərzaqlar:

Konservləşdirilmiş pomidor – 400 qr.Tomat pastası – 0,5 x/q.Soğan – 1 ədədÇedar pendiri – 175 qr.Xardal – 0,5 ç/q.Qara pivə – 50 ml.Sarımsaqlı sous – ¼ ç/q.Bir yumurtanın ağıXırda doğranmış cəfəri – 1,5 x/q.Halqavari çörək dilimi – 8 ədədDuz və istiot zövqə görə.

Hazırlanması:Konservləşdirilmiş pomidoru, xırda doğranmış soğanı və tomat pastasını qazana töküb, 10 dəqiqə sobada bişir.

Duz və istiot əlavə edib, oddan götür. Sürtgəcdən keçirilmiş pendiri, xardalı, sarımsaqlı sousu, yumurta ağını, cəfərini, duz və istiotu qarışdır. Əvvəlcədən qızardılmış çörəkləri tavaya qoyub, üzərinə birinci pomidorlu qarışığı, sonra isə pendiri tök. İsidilmiş sobaya qoyub, pendir əriyənə qədər bişir.

Ləzzətli omletin 4 sirri:Əgər hazırladığın omletin yaxşı şişməsini, dadlı alınmasını istəyirsənsə, onda bu qaydalara əməl edin:

1. Yumurtanın ağını və sarısını ayrı-ayrılıqda qarışdırn.

2. Onları bir yerə töküb, qarışdırdıqdan sonra, içərisinə azca smetan əlavə edin.

3. Omletə 2-3 xörək qaşığı bulyon tökmək onu daha da ləzzətli edəcək.

4. Omletə azca un əlavə etsəniz, o daha çox şişəcək.(axşam.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png