Diyetik lahmacun belə bişirilir

Pəhriz saxlayarkən lahmacundan imtina edə bilməyənlər var yəqin ki. Onları nəzərə alaraq, ONN media diyetik lahmacun reseptini təqdim edir.

Xəmiri üçün lazım olan ərzaqlar:

3 stəkan pəhriz unu

1/2 paket yaş maya

Duz

Su

İçlik üçün:

100 qr qıyma

2 soğan

1 dəstə doğranmış cəfəri

2 pomidor

3 bibər

Duz, pul bibər, kəklik otu

Zeytun yağı

Hazırlanması:

Əvvəlcə xəmiri hazırlayın. Unu dərin bir qabın içinə tökün. Düz ortasına yaş mayanı qoyun. Sonra ilıq su tökərək mayanı əridin. Duzunu da səpərək yumşaq xəmir halına gələnə qədər yoğurun.

İçliyin hazırlanması üçün də pomidor, soğan və bibəri blenderla xırda doğrayın. Bıçaqla doğradığınız cəfərini də içliyə əlavə edin. Sonda qıymanı, ədviyyatları və zeytun yağını əlavə edib yaxşıca qarışdırın.

Xəmir gələndən sonra bərabər ölçülü kündələrə ayırın və oxlovla yayın. Lavaşın üzərinə hazırladığınız içlikdən səpin.

180 dərəcədə isidilən sobada xəmiri və içliyi hazır olana qədər bişirin.

Yanında ayranla servis edə bilərsiniz.

 

Nuş olsun!