ONN İnformasiya Agentliyi

Eklerin hazırlanma qaydası- EV ŞƏRAİTİNDƏ

Eklerin hazırlanma qaydası- EV ŞƏRAİTİNDƏ
10 Aprel 2018 - 12:30

Bəzən tort, pirojna bişirmək bizə çox çətin gəlir. Ona görə də hazırını almağa üstünlük veririk.

ONN media-nın sizə verəcəyi bu reseptlə evdə də asan və dadlı pirojna bişirə biləcəksiniz.

Eklerin hazırlanma qaydası:

30 ədəd ekler üçün lazım olanlar: 

4 ədəd yumurta

1 stəkan yarım un

100 qram kərə yağı

1 stəkan su

1 çay qaşığı duz
 

Kremi üçün

2 stəkan süd

1 yumurtanın sarısı

2 yemək qaşığı un

2 yemək qaşığı buğda nişastası

2 stəkan şəkər tozu

1 yemək qaşığı kərə yağı

Şokolad sousu üçün:

180 qram tünd şokolad

1 stəkan qaymaq

Xəmirin hazırlanması:

Eklerin xəmirini hazırlamaq üçün suyu, kərə yağını və duzu bir qazana tökün. Kərə yağı əridiyində sulu qarışım qaynamağa yaxın hala gəldiyi zaman ələnmiş unu yavaşca əlavə edin. Ara-ara qarışdıraraq, xəmir halına gələnə qədər bunu davam etdirin. Həmin xəmiri otaq temperaturunda soyudun. Yumurtaları tək-tək əlavə edərək, mikserlə yüksək dərəcədə yaxşıca qarışdırın. Bir az duru krem görünüşlü və sarı rəng alan xəmiri sıxma torbasına tökün. Yağlı kağız sərdiyiniz soba qabına düzbucaqlı formada sıxın. Əvvəlcədən isidilmiş sobada 170 dərəcədə 25 dəqiqə, xəmirlərin üzəri xəfif rəng alana qədər bişirin.

Kremi hazırlamaq üçün südü, yumurta sarısını, unu, buğda nişastasını, şəkər tozunu və kərə yağını bir qazana qoyun və ocaqda davamlı çırparaq krem halı alana qədər bişirin, kənarda soyumağa qoyun.

Şokolad sousu üçün:

Tünd şokoladı kiçik parçalar şəklində qırın və kiçik bir qazana qoyun. Duru halda olan hazır qaymağı da qazana əlavə edin. Dərin bir qazanda qaynayan suyun buxarı üzərində ara-sıra qarışdıraraq şokolad parçalarını əridin.

Sobadan çıxan hazır eklerləri bıçaqla ortadan iki yerə bölün. Xəmirlərin içini kremlə doldurun. Üst qismlərini şokolad sousuna batıraraq servis boşqabına yığın. İstəsəniz, üzərinə kakos da əlavə edə bilərsiniz.

Nuş olsun!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png