Evdə rahatlıqla hazırlaya biləcəyiniz sendiviç və qamburger çörəyi

Tərkibi:

2 su st. süd,
yarım paket yaş maya,
1 dessert qaşığı duz,
1 dessert qaşığı şəkər tozu,
5 su st. un

Üzəri üçün:

1 ədəd yumurtanın sarısı,
küncüt

Hazırlanması:

İlıq süd, yağ və şəkər tozunu qarışdırıb, mayanı həll edirik. Bir qaba un və duzu töküb, üzərinə qalan ərzaqları, mayalı qarışımı əlavə edərək xəmir yoğururuq. Yumşaq, ələ yapışmayan xəmir alınmalıdı. Xəmiri 1 saat isti yerdə saxladıqdan sonra bərabər ölçülü kündələr tuturuq. Bəzilərinə yumru (qamburger üçün), bəzilərinə isə uzunsov (sendiviç üçün) forma veririk. Soba qabına düzüb, üzərinə yumurta sarısı çəkərək, küncüt səpirik. Mayalanması üçün bir müddət də gözlətdikdən sonra 200 dərəcə istilikli sobada üzəri qızarana kimi bişiririk.

Nuş olsun!