ONN İnformasiya Agentliyi

Evdə dondurma hazırlamağın ən rahat yolu – RESEPT

Evdə dondurma hazırlamağın ən rahat yolu – RESEPT
09 İyul 2019 - 2:48

İlin hansı fəsli olursa olsun, dondurma öz aktuallığını itirmir. Lakin son illər təəssüf ki, satışda olan dondurmalar dad etibarilə ürəkaçan deyil.

ONN media publika -ya istinadən bildirir ki, sizin üçün ləzzətli və asan başagələn dondurma resepti təqdim edir. Həmçinin bu dondurmaların tərkibinə qida rəngləri qataraq daha zəngin görünüş əldə edə bilərsiniz.

Tərkibi:

4 ədəd yumurtanın ağı

1 stəkan şəkər tozu

1 ç/q vanil

200 qr qaymaq

1 çimdik duz

Hazırlanma qaydası:

Yumurtaların ağını sarısından ayırıb, ağının üzərinə duz səpib, 5 dəqiqə mikserlə çalırıq. Duz mayenin daha tez bərkiməyinə kömək edir. Üzərinə yavaş-yavaş vanil və şəkər tozunu da səpib, çalmağa davam edirik. Təxmini 15 dəqiqəyə beze tam hazır olacaq. Yoxlamaq üçün qabı əyə bilərsiniz. Əgər qarışım tökülmürsə demək hazırdır. Daha sonra qaymağı da əlavə edib, mikserlə 5 dəqiqə də qarışdırırıq. Hazır dondurmanın yarısını başqa bir qaba qoyub, kakao da əlavə edə bilərsiniz. Dondurmanı 3 saat dondurucuda saxladıqdan sonra yemək olar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png