Azərbaycan milli mətbəxində geniş yayılmış şirniyyatlardan biri fəsəllidir.
ONN media fəsəllinin hazırlanma qaydasını təqdim edir.
Lazım olan ərzaqlar:
780 q əla növ buğda unu
55 q şəkər tozu
100 q quyruq yağı
Keşniş toxumu, hil, darçın, zəncəfil, hər birindən 2-3q
5 q duz
Hazırlanması:
Una maya, su və duz qatılıb xəmir yoğrulur. Xəmir 1,5-2 saat saxlanılr və 100 qramlıq kündələrə kəsilib 0,5 mm qalınlığında yayılır. Xəmirin üzərinə əvvəlcədən narın döyülmüş, ədviyyat qatılmış yağ sürtülür və 5-6 qat bir-birinin üstünə salınaraq düzbucaqlı formasında kəsilməklə rulet burulur. Həmin rulet vertikal istiqamətdə yastılanaraq diametri 10-12 sm, qalınlığı isə 1,5-2,0 sm girdə kökəcik şəklinə salınır. Fəsəli hər iki tərəfdən tavada bişirilir. Süfrəyə verdikdə üstünə şəkər kirşanı səpilə və zövqə görə bal qoyula bilər.
Nuş olsun!